Türk aktyor özündən 25 yaş cavan model ilə eşq yaşayır

Son zamanlarda Türkiyədə reytinqlərdə ilk sırada yer alan və müzakirələrə səbəb olan "İnci taneleri" serialının baş rol ifaçısı Yılmaz Erdoğan haqqında çıxan iddialar təsdiqini tapıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, model Cansu Taşkın özündən 25 yaş böyük aktyorla sevgili olduğunu doğrulayıb.

"Xəbərlər doğrudur. Şəxsi həyatımla bağlı heç vaxt danışmamışam və belə də davam edəcək. Doğrudur deyirəm, çünki bu haqda soruşdunuz. Yəni nəticədə biz pis bir iş görməmişik. Bu, normal deyil? Bu mövzuda çox danışmaq istəmir,o mənim üçün çox dəyərli biridir"-, deyə model açıqlayıb. Yılmaz Erdoğan isə hələ ki, məsələyə münasibət bildirməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə