Məşhur aktrisa özündən çıxdı

31 yaşlı aktrisa Ayça Aşyin Turanın jurnalistlərin estetik əməliyyatlarla bağlı suallarına cavabı gündəm olub. SİA Türkiyə mediasına istinadla xəbər verir ki, aktrisa ötən gün Bebekdə gəzərkən görüntülənib və jurnalistlərin estetik gündəmi ilə bağlı sualları cavablandırıb.

"Mən estetik mütəxəssisi deyiləm, dostlar. Mənə elə gəlir ki, hər kəsin öz seçimi var. İndi sizin sevgiliniz bığ saxlasa, necə olar? Sizi gördüyüm üçün şad oldum", - aktrisa vurğulayıb və dərhal uzaqlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə