Türkiyəli məşhur aktyor Ahmet Kural ata olub. SİA xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib. “Min aydan daha xeyirli olan Qədr Gecəniz mübarək olsun. Bu gecə də öz xeyiri ilə, xoşbəxtliyi ilə və Allahın bizə sağ-salamat qucağımıza almaq şansı verdiyi oğlumuz Kamal Kuralla gəldi. Hər şey yaxşıdır. Çağla da, Kamal da sağlamdır. Bu xoşbəxtliyi sizinlə bölüşmək istədik”, - deyə aktyor bildirib.

Xatırladaq ki, Ahmet Kural-Çağla Gizem Şahin cütlüyü ötən il ailə qurub. Bizi Telegram-da izləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə