Ancelina Coli Bred Pittə qarşı yeni iddia qaldırıb

Ancelina Coli keçmiş həyat yoldaşı Bred Pittə zorakılıqda ittiham edərək ona qarşı yeni iddia qaldırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Variety” jurnalı yazır.

Bundan əlavə, cütlük Fransanın “Chateau Miraval” şərab zavodunun satışı ilə bağlı bir neçə ildir ki, məhkəmədədirlər.

... Colinin vəkilləri iddia edirlər ki, Bred Pittin Ancelina Coliyə qarşı fiziki zorakılıq tarixi 2016-cı ilin sentyabrında ailənin Fransadan Los-Ancelesə uçan təyyarəsindən çox əvvəl başlayıb.

Belə ki, uçuş zamanı aktyor ilk dəfə uşaqlara əl qaldırıb. Bu hadisədən sonra Coli dərhal onu tərk edib.

Xatırladaq ki, Ancelina Coli 2016-cı ilin sentyabrında Bredd Pittdən boşanmaq üçün məhkəməyə müraciət etmişdi. Deyilənlərə...ümumilikdə cütlüyün altı övladı var olub(?).

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə