Məşhur müğənni gizli ailə qurdu

Müğənni, model Anna Kalaşnikova gizli şəkildə ailə qurub. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, yerli media orqanlarına xəbəri təsdiqləyib. İfaçı həyat yoldaşının kimliyini açıqlamayıb.

Qeyd edək ki, bir müddət əvvəl Anna nişanlısı İvan Semenovdan həmkarı Olqa Buzova ilə ona xəyanət etdiyi iddiası ilə ayrıldığı deyilirdi. O, bundan sonra xəstəxanaya yerləşdirilmişdi.

Müğənninin bir övladı var. O, oğlunun atasının kimliyini də gizli saxlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə