Aktrisa ana olduqdan sonra ilk dəfə paylaşım etdi - FOTO

Dünən ana olan türkiyəli aktrisa Eda Ece paylaşım edib. SİA xarici mətbuata istinadən xəbər verir ki,aktrisa sosial şəbəkədə onunla maraqlanan hər kəsə təşəkkür edib.

"Səbrsiz canım qızım qəfil doğuldu, çox da gözəl bir gün seçdi, gəlişi ilə bizi çox xoşbəxt etdi. Maraqlanan, xoş arzularını bildirən hər kəsə çox təşəkkür edirik" ,- deyə o qeyd edib.

Qeyd edək ki, o, qızına Mina İpek adını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə