Flora Kərimova uğursuz plastik əməliyyatın qurbanı olub

Xalq artisti Flora Kərimova gözündə uğursuz əməliyyat edildiyini deyib. SİA xəbər verir ki, Real TV-yə danışan müğənni eynək taxmaqdan şikayətlənib.

O bildirib ki, uğursuz plastik əməliyyatın qurbanı olub: “Bu, mənim üçün türmədir. Hamı bilir ki, mən gözlərimlə oxuyuram. Sözümün, mahnımın ifadəsi gözlərimdən də oxunur. Gözlər bağlıdır, kilidlidir, həbsdədir. Bu insan məni şikəst edib”.

F.Kərimova kök-hüceyrə əməliyyatı etdirdiyini, amma uğursuz alındığını söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə