Məşhur sima özəl həyatı ilə gündəmə gəlməyə davam edir - FOTO

TV8-də yayımlanan "MasterChef Türkiyə”nin məşhur münsif üzvlərindən Somer Sivrioğlu özəl həyatı ilə gündəmə gəlməyə davam edir. SİA xəbər verir ki, Sivrioğlu uğrunda 18 illik evliliyini bitirən gənc aktrisa sevgilisi ilə görüntülənib. Həyat yoldaşı Pınar Kızılkaya ilə boşanan Somer Sivrioğlu gənc aktrisa Aslı Turanlı ilə sevgili olub. 30 yaşlı Turanlı və 52 yaşlı Sivrioğlu ötən axşam bir məkanda təkbaşına nahar edərkən görüntülənib.

Kameraları görəndə narahat olan cütlük səhər saatlarında başqa yerə gedib. Söhbət zamanı Turanlı ağlayanda Somer Sivrioğlu onu qucaqlayıb və alnından öpərək təsəlli verməyə çalışıb. Məkanda bir-birini qucaqlayaraq görüntülənən ikili çıxışda onları gözləyən mətbuat mənsublarına "İşinizi düzgün görün, nə sevgi?" deyərək etiraz edib.

Bütün xəbərlər Facebook səhifəmizdə