Merilin Monronun yanındakı məzar rekord qiymətə satılıb

Hollivud ulduzu Merilin Monronun şəxsi əşyaları, o cümlədən geyimləri, saxta kirpikləri və işlənmiş dodaq boyası Hollivudda keçirilən hərracda satışa çıxarılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hərracın Los-Ancelesdəki Merilin Monronun məzarının sol tərəfdən üstündən bir sıra yuxarıda boş olan yerin rekord qiymətə satılacağı proqnozlaşdırılırdı.

İkonik ulduzun məzarının yaxınlığında yerləşən bu yer Beverli Hillsdə yaşayan Antoni Cebinə gedib.

Hollivud ulduzunun çimərlik paltarını və Playboy-un qurucusu Hyu Hefnerin dəyirmi çarpayısını da hərracdan alan Antoni Cebin “Həyatımın sonuna qədər həmişə Merilin Monronun yanında olmağı arzulayırdım” deyib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə