Heyli Biber düçar olduğu ağır xəstəliyindən danışdı - FOTO

Model, bloqer və iş adamı Heyli Biber mübarizə apardığı ağır xəstəliyindən danışıb. SİA xəbər verir ki, məşhur bu barədə sosial şəbəkə hesabında yazıb.

27 yaşlı Heyli Biber dərisində olan qüsurlarını nümayiş etdirib. O, perioral dermatit olduğunu bildirib.

Biberin sözlərinə görə, o, yeddi ilə yaxındır ki, bu xəstəliklə mübarizə aparır.

Qeyd edək ki, 2018-ci ilin sentyabrında Castin Biber model Heyli Bolduinlə evlənib. Heyli toydan sonra ərinin soyadını götürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə