Rusdilli amerikalılar narazıdır: 350-450 dollara konsert olar?

Rusdilli amerikalılar müğənni Kristina Orbaikatenin konsertinə biletlərin qiymətindən narazı olduqlarını bildiriblər.

SİA-nın əldə etdiyi məlumata görə, ilk konsert Nyu Yorkdakı Level bar və restoranında baş tutmalıdır.

“Moskovski Komsomolets”in xarici mənbələrə istinadən verdiyi məlumata görə, tamaşanın təşkilatçıları biletlərin qiymətini rəsmən göstərməyiblər və bunu yalnız telefonla elan ediblər.

Belə ki, Amerikadakı rusdilli amerikalılar təəccübləndilər: 350-450 dollara konsert olar?

Qeyd edək ki, rezervasiyalardan imtina edən bəzi şəhər sakinləri sosial şəbəkələrdə öz narazılıqlarını bildirirlər.

Yeri gəlmişkən, ABŞ-da yaşayan müğənni Kristina Orbakaite də Rusiyada xarici agent kimi tanına bilər.

Bu barədə prodüser Sergey Dvortsov məlumat verib. O xatırladıb ki, Orbakaitenin nümayəndələri əvvəllər Kristinanın yaralandıqdan sonra rus əsgərlərinin müalicə olunduğu xəstəxanaya baş çəkəcəyinə zəmanət vermişdilər. Lakin tezliklə internetdə müğənninin Amerika barlarında aprel konsertləri ilə bağlı elanlar peyda oldu.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə