Alen Delonun qızı qardaşlarını məhkəməyə verib

Fransız aktyor Alen Delonun qızı Anuşka qardaşları Entoni və Alen-Fabieni şəxsi həyatına müdaxilə etdiyi üçün məhkəməyə verib. SİA xəbər verir ki, iddia ərizəsində qeyd edilib ki, qardaşlar onun atası ilə söhbətinin gizli çəkilmiş videosunu sosial şəbəkələrdə yayımlayıblar.

Məhkəmə iclası 2025-ci ilin aprelində olacaq.

88 yaşlı Alen Delonun övladları yanvar ayından məhkəmədədirlər. Qardaşlar bacılarını atalarının sərvətindən sui-istifadə etməkdə ittiham edirlər.

Yanvarın sonunda Delon məhkəmə nəzarətinə verilib və bir sıra hüquqlar, o cümlədən əmlak üzərində sərəncam vermək imkanları məhdudlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə