Qalkin Rusiyanın BMT-dəki daimi nümayəndəsini ələ salıb

...Deməli, ötən gün Təl-Əvivdə rusiyalı komediya ustası Maksim Qalkinin Ukraynaya təcavüzü pisləyən konserti olub. Kremlin ictimaiyyət arasında ona olan marağın itirilməsi ilə bağlı təbliğat bəyanatlarının əksinə olaraq, Qalkin tam bir zalı toplayıb.

SİA-nın əldə etdiyi məlumata görə, konsertə bir ay qalmış artıq biletlər satılıb.

...Konsertdə iştirak edən “Biz izah edə bilərik” müxbiri xəbər verir ki, tamaşaçılar Qalkini sürəkli alqışlarla qarşılayıblar. ...Çıxışının əvvəlində Qalkin Rusiya hakimiyyətinin onun həyat yoldaşı müğənni Alla Puqaçovanı da ərinin ardınca xarici agent kimi tanımaq niyyəti ilə bağlı son xəbərləri şərh edib.

Qalkin, Rusiya hakimiyyətinin Alladan sonra növbəti addımının onun uşaqları və itlərini də xarici agent etmək olacağını deyərək zarafat edib.

Öz çıxışında “Çılpaq gecə”ni xatırlayan Qalkin, həmkarları Filip Kirkorov və Lolitanı məsxərəyə qoyub.

Qeyd edilməlidir ki, gecənin iştirakçıları olan Filip Kirkorovla Lolita sonradan Kremldən bağışlanmalarını diləməli olublar.

Deyilənlərə görə, Qalkin Rusiya rəsmilərinə də “hücum edib”.

Belə ki, o Rusiyanın BMT-dəki nümayəndəsi Vasili Nebenzaya “ilişib”.

Qalkinin dediyinə görə, Nebenzya soyad deyil, bu, bir dərəcədə axmaqlıqdır. Əgər insan sadəcə olaraq axmaqdırsa, o, benzyadır, əgər insan tam axmaqdırsa, o, benzya deyil...

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə