Tom Kruzun Elsina Xayrovadan ayrılmasının səbəbi məlum olub

Hollivud aktyoru Tom Kruz sevgilisi Elsina Xayrova ilə keçmiş əri, iş adamı Dmitri Svetkova görə ayrılıb. SİA xəbər verir ki, bu barədə insayder bildirib: "Onlar sadəcə olaraq vaxtaşırı xoşagəlməz bir şey tapıb çıxaran keçmiş ərdən uzaq olmaq istəyirdilər”.

Dmitri Svetkov verdiyi müsahibədə Kruza xəbərdarlıq edib ki, keçmiş həyat yoldaşı yaxşı həyatı sevir və o, pulqabısını geniş açmalı olacaq. O, 11 illik evliliyi zamanı keçmiş sevgilisi üçün geyimə 12 milyon dollardan çox, çantaya isə təxminən 2,5 milyon dollar xərclədiyini və boşanma nəticəsində təxminən 200 milyon dollar itirdiyini bildirib.

Elsina Xayrova məşhur rusiyalı deputat Rinat Xayrovun qızı və brilyant oliqarxı kimi tanınan iş adamının keçmiş həyat yoldaşıdır. Tom Kruzun rus qadınla münasibəti ilə bağlı şayiələr ötən ilin dekabrında ortaya çıxıb. Aktyor və keçmiş model Londonda gizli görüşdə fotosessiyaya çəkiliblər. Jurnalistlərin dediyinə görə, Tom Kruz Elsina ilə çay süfrəsində tanış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə