Zülfiyyə Aşıq Tellini biabır etdi

"Aşıq Telliyə sazımı etibar etmərəm. Həmişə gəlir bizim restorana yeyir, sonra da sazını unudub gedir. Zəng edir ki, sazım orada qalıb". SİA xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə İbadova "Xəzər axşamı" verilişində deyib.

O, aşıqlarla bağlı sualları cavablandırıb. Sənətçi sahibi olduğu restorandan danışarkən "Yeganə restorandı ki, hamı bir-birini tanıyır. Gələn adam elə bilir ki, evimdədir" - deyə söyləyib. Aşıq "Kiminlə yola çıxmazsan: Manaf Ağayev, Yusif Mustafayev və Tacir Şahmalıoğlu" sualına "Tacirlə bir yola çıxmaram. Manaf və Yusiflə yol çıxmışıq" cavabını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə