Puqaçovanı Rusiyada xarici agent kimi tanımağa hazırlaşırlar

Müğənni Alla Puqaçovanın xarici agent kimi tanınması proseduruna başlanılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu RT-yə istinadən Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin bildirib.

O qeyd edib ki, onun ərizəsi əsasında Baş Prokurorluq Ədliyyə Nazirliyinə müvafiq müraciət göndərib.

...Puqaçov daha əvvəl bəyan etmişdi ki, normal insanlar Rusiyaya qayıtmaq fikrində deyillər.

Bundan əlavə, bir gün əvvəl müğənni sosial şəbəkələrdə də yazı dərc edərək, Ədliyyə Nazirliyindən Maksim Qalkinin (xarici agent funksiyasını yerinə yetirən şəxslərin reyestrinə daxil edilib) ardınca onu da xarici agentlər sırasına daxil etməyi xahiş edib.

Müğənni açıqlamasında həyat yoldaşı ilə həmrəylikdən yazıb..?

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə