Yusif Eyvazov baş verən terror aktından sonra ruslara dəstək olub

...Opera müğənnisi Anna Netrebkonun əri Yusif Eyvazov “Crocus Sity Hall”-da baş verən terror aktından sonra ruslara dəstək olub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, sosial şəbəkələrdə ictimaiyyətə müraciət edib.

Qeyd edək ki, martın 26-da Eyvazovun Moskva Konservatoriyasının böyük zalında konserti olmalı idi.

Lakin “Crocus City Hall”da baş verən terror aktı ilə əlaqədar tamaşa mayın sonuna təxirə salınıb.

Müğənninin sözlərinə görə, faciədən sonra “ən azı 40 gün keçsin” deyə, təşkilatçılardan bunu təxirə salmağı xahiş edib. Yeri gəlmişkən, Yusif Eyvazov Moskva yaxınlığındakı Krasnoqorskda baş vermiş terror aktı ilə bağlı başsağlığı verib.

...Baş verən belə dəhşətli və tamamilə vəhşi terror aktından sonra sabah səhnəyə çıxıb insanları əyləndirmək üçün özümdə güc tapa bilmirəm. Bu, çox çətindir, mən deyərdim ki, qeyri-mümkündür.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə