Valeriya və Priqojin qurbanlar üçün vəsaitin toplanmasında iştirak edəcəklər

Valeriya və Cozef Priqojin “Crocus City Hall”da terror aktı qurbanlarının xatirəsini yad ediblər.

Cütlük “kortəbii abidə” önünə gül dəstələri qoyub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, müğənni jurnalistlərə bildirib ki, qurbanlara və həlak olanların ailələrinə kömək üçün pul köçürəcəklər.

…Prodüser ianələrin vacib və zəruri olduğunu, lakin problemə daha geniş baxmaq lazım olduğunu vurğulayıb. Onun dediyinə görə, insanların çox olduğu yerlərdə təhlükəsizlik gücləndirilməlidir.

Priqojin dünya səviyyəli ulduzların niyə səssiz qalmasına təəccübləndiyini də dilə gətirib.

…Daha bir şey. Müraciət etmək istəyirəm, bilmirəm məni eşidəcəklər, ya yox, dünyanın bütün sənətçiləri, ən böyük ulduzları, bu gün niyə susurlar?

Priqojin sual verdi.

Onun sözlərinə görə, saxlanılan terrorçular ən ağır cəzaya layiqdirlər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə