ABBA qrupunun üzvləri Cəngavər ordenləri ilə təltif ediliblər

İsveç kralı XVI Karl Qustav ABBA pop qrupunun üzvlərini cəngavər ordenləri ilə təltif edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS hökumət idarəsinə istinadən xəbər yayıb.

...Agneta Fältskoq, Björn Ulvaeus, Benny Andersson və Anni-Frid Lynqstad beynəlxalq musiqi həyatına xüsusi töhfələrinə görə Vasaorden mükafatına layiq görülüblər.

Vurğulanır ki, Kral Cəngavər ordeni təxminən 50 ildən sonra ilk dəfədir ki, İsveç nümayəndələrinə verilir.

Daha əvvəl bildirilmişdi ki, ABBA pop qrupu, qrupun müsabiqədəki qələbəsinin 50-ci ildönümünə baxmayaraq, Eurovision 2024-də çıxış etməkdən imtina edib.

Benni Andersonun sözlərinə görə, ABBA heç vaxt Eurovision-da şənlik nümayiş etdirməyəcək və hətta müsabiqədə iştirak etməyi belə planlaşdırmır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə