"Kızılcık Şerbeti"ndən ayrılan aktyor Səttar Tanrıöğenin səhhəti ilə bağlı yeni xəbər var. SİA xarici mətbuata istinadən xəbər verir ki, beyninə qan sızdığı, daha sonra isə beynində yaranan maye səbəbindən 3 dəfə əməliyyat olunan aktyor evə buraxılıb.
63 yaşlı aktyorun hazırda vəziyyəti yaxşıdır, 3 ay sonra isə işinə qayıda biləcəyi ehtimal olunur.
Qeyd edək ki, sənətçi beyninə qan sızdığı, daha sonra isə beynində yaranan maye səbəbindən əməliyyat olunmuşdu. Tanrıöğen səhhətində yaranan problemə görə son rol aldığı "Kızılcık şerbeti"nin aktyor heyətindən ayrılıb. Onun canlandırdığı "Abdullah" obrazını isə ekran işində aktyor Ahmet Mümtaz Taylan əvəzləyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB