...Orbakaite ABŞ-dakı barlardan birində oxuyacaq

Kremldəki çıxışı ləğv edildikdən sonra rusiyalı müğənni Kristina Orbakaite Bruklindəki Nyu York LEVEL barında çıxış edəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, konsert qurumun İnstaqram səhifəsində elan edilib (sahibi Meta Rusiyada ekstremist kimi tanınıb və qadağan edilib).

Konsert aprelin 20-də baş tutacaq, şou zamanı Orbakaite hitlərini ifa edəcək.

Elanda konsertin qurumun açılışının ildönümünə həsr olunduğu dəqiqləşdirilir.

Xatırladaq ki, martın 7-də Orbakaite Dövlət Kreml Sarayının səhnəsində baş tutan “Həmişə xoşbəxt ol!” konsertində iştirak etməyib.

Maraqlıdır ki, bu müxtəlif yerlərə yozulsa da, amma Kreml Sarayının mətbuat xidməti Orbakaitenin Kreml səhnəsində “öz səbəbləri ilə” çıxış etmədiyini bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə