Milyarder sevgilisinin geyimi gündəm oldu - FOTOLAR

Aktrisa Hande Erçelin Paris Moda Həftəsi çərçivəsində keçirilən "Balmain" moda evinin çıxışı gündəm olub. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, 30 yaşlı aktrisa dərin sinə dekoltesində və ultraqısa qara kombinezonda kamera qarşısına keçib. Məşhurun cəlbedici geyimi sosial mediada müzakirələrə səbəb olub. O, paltarını qara lakonik çanta və ayaqqabılarla tamamlayıb. Başqa aksessuarlardan istifadə etməyən kino ulduzu makiyajda da sadəliyə üstünlük verib.

Qeyd edək ki, Hande Erçel Türkiyənin ən zəngin iş adamlarından sayılan Hakan Sabancı ilə sevgilidir.

Bütün xəbərlər Facebook səhifəmizdə