"Yalı Çapkını" reytinq qurbanı oldu

Yalı Çapkını serialının reytinqlərində kəskin düşüş müşahidə olunub. SİA Türkiyə mətbuatına əsasən xəbər verir ki, Afra Saraçoğlu və Mert Ramazan Dəmirin baş rollarını paylaşdığı serialın bu həftəki reytinqində kəskin eniş olub.

Keçən mövsümün rekord qıran serialı "Yalı Çapkını"nın bu sezon yayımlanan bölümləri əvvəlki mövsümə nisbətdə geri qalıb. Xüsusilə AB qrupunda həftəlik reytinqlərdə yer almaqda çətinlik çəkən serialın "YouTube" baxışları da ötən mövsümlə müqayisədə xeyli aşağı düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə