Səmra səhnədən kimə mesaj yolladı?

"Bil, gör neçə nəfərin hələ mənə iradı var, hamı yoxdan danışır. Yəni kimdə nə yoxdu ondan. Bu treklər dəqiq nöqtə atışları ilə vaxtıykən yazılıb və hər zaman öz ünvanını tapır". SİA xəbər verir ki, bu sözləri müğənni Səmra Rəhimli sosial mediada yazıb.

Səhnədə anası ilə məşq prosesindən çəkiləm görüntülərini paylaşan sənətçi, "Azn" trekindən danışıb. O, bu trek də daxil olmaqla, bir neçə mahnının sözlərinə anasının müdaxilə etdiyini deyib.

"Siz bilmirsiniz bəlkədə, bir çox trekimdə anamın toxunuşları var, "beat"də və sözlərdə. Məsələn, Mirzə Ələkbər Sabirin "Millət necə tarac olur-olsun nə işim var" onun əlavəsidir", - Səmra qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə