Acun Ilıcalı Almaniyada televiziya kanalı aldı

Media maqnatı və "Hull City"nin sahibi Acun Ilıcalı Almaniyanın SPORT1 idman kanalının səhmlərinin əlli faizini alıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsveçrənin “Highlight Communications” media qrupunun verdiyi rəsmi açıqlamada SPORT1 səhmlərinin 50 faizinin 30 milyon avroya "ACUNMEDYA"ya satıldığı bildirilib.

"Reuters"də yer alan xəbərə görə, "Acunmedya" tərəfindən istehsal olunan idmanla bağlı reallıq formatları gələcəkdə SPORT1 kanalında yayımlanacaq. İddialara görə, uyğunlaşdırılması gözlənilən ilk istehsal "Exatlon" olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə