Sankt-Peterburqun Smolninski Rayon Məhkəməsi rep ifaçısı Daniil Dmitriyevə narkotik vasitələrin təbliğatına görə xəbərdarlıq edib.
Məsələ bundadır ki, müğənninin ifaa etdiyi mahnılardan biri “sırf” Rusiya Federasiyasının inzibati qanunvericiliyini pozur. SİA-nın əldə etdiyi məlumata görə, Dmitriev bəstəni ötən ilin aprelində verdiyi konsertdə ifa edib. Məhkəmə müəyyən edib ki, mahnının sözləri dinləyicini narkotik və ya psixotrop həbləri almağa və sınaqdan keçirməyə təşviq edir.
Müğənninin nümayəndəsi, öz növbəsində, reperin hakimin qərarı ilə razılaşdığını və "işini qadağan olunmuş mövzulardan təmizləməyə" hazır olduğunu söyləyib.
Sənətçinin sözlərinə görə, o, sözlərinin “kövrək beyinlərə” bu qədər təsir edə biləcəyini tam başa düşməyib.
Nəzərinizə çatdıraq ki, fiziki şəxslər üçün narkotik vasitələrin təbliğatına görə inzibati maddə üzrə maksimum cəza, tərkibində qadağan olunmuş dərman vasitələrinin reklamı olan məhsulların, habelə məlumatların yayılması üçün avadanlıqların müsadirəsi ilə 5 min rubla qədər cərimədir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB