Acun Ilıcalı "Survivor All Star"ı həyəcanla izlədiyi anları lentə alıb yayımlayan gəncləri Dominikana dəvət edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, gənclər Ilıcalının təklifinə qısa zamanda cavab veriblər.
TV8-in fenomen yarışması "Survivor All Star"da həyəcan səngimir. Yarışı həyəcanla izləyən vəkil Ezgi Kılıç və dostları sosial media hesablarında həmin anları yayımlayanda Acun Ilıcalının dəvəti gecikməyib.
Dostları ilə birlikdə "Survivor"a həyəcanla baxdığı anları yayımlayan Kılıç, Ilıcalıya səslənərək deyib: "Acun qardaş, məndən daha həyəcanlı izləyicin varsa, yarışmaq istərdim". Sosial mediada sürətlə yayılan videoya səssiz qala bilməyən Acun Ilıcalı bildirib: "Vaxt uyğun gəlsə dördünüzü də Dominikana dəvət edirəm".
Ilıcalının dəvətinə təəccüblənən gənc vəkil “gəlirik” cavabını verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB