"Kurtlar Vadisi" ekranlara qayıdır? - PRODÜSSERDƏN AÇIQLAMA

Türk serialları tarixinin əfsanəvi istehsallarından olan "Kurtlar Vadisi" ilə bağlı iddialar zaman zaman gündəmə gəlir. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Pana Film" "Kurtlar Vadisi"nin ekrana qayıdacağı iddiasından sonra səssizliyini pozub.

Unudulmaz “Kurtlar Vadisi” serialının pərəstişkarları serialın yenidən ekranlara qayıtması üçün zaman-zaman kampaniyalara start verirlər. Necati Şaşmaz daha əvvəl Necati Şaşmaz, Gürkan Uygun, Özgü Namal və Oktay Kaynarca kimi uğurlu aktyorların yer aldığı “Kurtlar Vadisi”nin yeni bölümləri üzərində işə başlayacaqlarını açıqlamışdı.

Necati Şaşmaz əvvəlki açıqlamasında bunları demişdi: "Hazırda hazırlaşıram. Düşünürəm ki, yanvarda başlamasını görəcəyik". Bu açıqlamadan aylar sonra "Kurtlar Vadisi"nin ekrana dönəcəyi ilə bağlı iddialar gündəmə gəldi. “Kurtlar Vadisi” serialının “Kurtlar Vadisi Kaos” adı ilə rəqəmsal platformada yayımlanacağı ilə bağlı iddialardan sonra "Pana Film"dən açıqlama verilib. "Pana Film"in verdiyi rəsmi açıqlamada, "Kurtlar Vadisi" serialının başlaması ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə