Müğənni Təranə Qumral sənətdən gedəcəyini açıqlayıb. SİA xəbər verir ki, o bu haqda MTV Azərbaycanda "Tarixin bir günü" verilişində danışıb. Bəzi verilişlərdən gileylənən müğənni, aparıcıları da tənqid edib: "Mən artıq verilişlərə çıxmıram. Çünki seçirəm. Elə aparıcılar var ki, səni qonaq çağırır, amma ancaq onu göstərirlər. Mən mahnı oxuyuram, onu çəkirlər, danışıram, onu çəkirlər. Mən o verilişə zamanımı ayırıram, hazırlaşıram gəlirəm amma baxırsan ki, səni göstərmirlər. Ona görə də 60 yaşım olanda nəinki verilişə çıxmaq, heç mahnı da oxumayacağam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB