Kirkorov “çılpaq gecədən” sonra federal efirə qayıtdı, bəs, o biri çılpaqlar..?
Filipp Kirkorov Moskvanın “Mutabor” klubunda “Playboy” jurnalının çılpaq gecəsində iştirak etdikdən sonra ilk dəfə olaraq federal televiziya kanallarının efirinə qayıdıb.
SİA-nın əldə etdiyi məlumata görə, Kirkorov, əvvəllər olduğu kimi, NTV-də "Maska" şousunun yeni mövsümündə münsiflər heyətinə rəhbərlik edib.
Teleqram kanallarında qeyd olunur ki, adi parlaq geyimlər əvəzinə o, bu dəfə rəsmi kostyum geyinib.
Maraqlıdır ki, Kirkorovun “çılpaq gecədən” sonra federal kanallarda olmaması şərh edilməyib.
Qeyd edək ki, “Maska” şousunun çəkilişləri fevralın 8-də baş tutub və bundan bir həftə sonra sənətçi Donbasa səfər edib. Kirkorovun Qorlovka şəhər xəstəxanasında olduğu, yaralılara hədiyyələr gətirdiyi, bir neçə mahnı oxuduğu və heç bir yerə getməyəcəyini bildirdiyi məlumdur.
Necə deyərlər, yenə də nə isə…
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB