...Bizlərdə belə yerdə, gərək ki,..keçən günə gün çatmaz,calasan günü günə - deyirlər də...
Deməli, Ukraynanın işğalından sonra Putin rejimini dəstəkləyən məşhur ukraynalı estrada müğənnisi Lolita Milyavskaya Rusiya Federasiyasında hansı pensiya aldığını söyləmək qərarına gəlib.
Qeyd edilməlidir ki, "nənə" olmaqdan qürur duyduğunu xüsusilə qeyd edən Milyavskaya, hətta pensiyanın artırılmasına görə Putin rejiminə təşəkkür edib.
...Postumlarımın altına “nənə” yazan hər kəsə təqaüd şəhadətnaməsi ilə fəxr edirəm. Mənim pensiyam 23856,55 qəpikdir. Bonus üçün Moskvaya təşəkkür edirəm.
Lolita yazıb bunu.
Təbii ki, belə bir pensiya nənənin adi həyatını yaşaması üçün kifayət deyil. Bunu Siz bilməsəniz də, amma Rusiyada çoxları bilir. Və onun indi xərclədiklərinin uzun illər ərzində konsertlər vasitəsilə qazandığı pulları olduğunu deyirlər.
Qeyd edək ki, bu günlərdə Milyavskaya həyətdə sobanı odunla necə yandırdığını göstərib.
...Və sevinirəm ki, hələ də odun daşımağa gücüm və onu almağa pulum var...deyib.
Xatırladaq ki, Lolita Milyavskaya, Nastya İvleevanın Mutabor klubundakı qalmaqallı gecəsində iştirak etdiyinə görə Rusiya hakimiyyətinin gözündən düşüb: konsertləri kütləvi şəkildə ləğv edilib, televiziya verilişləri kəsilib və reklam pullarından məhrum edilib.
...Yenə də yadıma sala bilmirəm, bizlərdə onu necə deyirlər..?
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB