...Moskvanın Qaqarinski Rayon Məhkəməsi Amerika vətəndaşlığı olan və xaricdə yaşayan rusiyalı aktyor Aleksey Paninin qiyabi həbsi barədə qərar qəbul edib.
SİA xəbər verir ki, bu barədə fevralın 15-də Meduza saytında Moskva ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidmətinin bəyanatına istinadən məlumat verilib.
Rusiyanın Ukraynaya genişmiqyaslı işğalını pisləyən Panin açıq şəkildə terrora çağırışda ittiham olunur.
Qeyd edək ki, Panin Rusiya məhkəməsinin qərarına reaksiya verib.
…Mən yatıram, heç kimi narahat etmirəm, amma məlum oldu ki, mən artıq həbsdəyəm. Qorxmaz axmaqlar ölkəsi.
Panin bunu İnstaqramda Rusiya saytlarından birində yayımlanan xəbərin skrinşotunu yerləşdirərək yazıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB