Ani Lorakın Soçidəki konsertinin ləğv edilməsinin səbəbi məlum olub

Müğənni və teleaparıcı Ani Lorakın fevralın 16-da Soçidə keçirilməsi planlaşdırılan konserti elektrik naqilindəki nasazlıq səbəbindən ləğv edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri TASS yayıb.

Tədbirin təşkilatçıları bildiriblər ki, bir gün əvvəl mütəxəssislər tamaşanın keçiriləcəyi yerdə planlı iş aparıblar. Kommutatora baxış keçirərkən mövcud dörd kabel xəttindən üçdə 0,4 kV-luq kabel xətlərində izolyasiya pozuntusu aşkar ediblər.

Mətbuat xidməti qeyd edib ki, bu nasazlıq təmir işləri başa çatana qədər külli miqdarda səs və işıq avadanlığını birləşdirmək üçün lazımi enerjini təmin etməyə imkan verməyəcək. İfaçının konsertinin yeni tarixi daha sonra açıqlanacaq, təşkilatçılar qeyd ediblər. Alınan biletlər yeni tarix üçün etibarlı olacaq.

Xatırladaq ki, 2023-cü ildə müxtəlif səbəblərdən sənətçinin Krasnodar, Rostov-na-Donu və Voronejdəki konsertləri ləğv edilmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə