Lolita Ukrayna ərazisində kilsə tikdirəcək, təki…

…Ukraynada doğulan və doğma ölkəsinə xəyanət edən əxlaqdan xalı müğənni Lolita Milyavskaya aparıcı Nastya İvleyevanın “çılpaq gecəsində” iştirak etdiyi üçün Kreml qarşısında “günahlara kəffarə etmək” üçün orijinal üsul tapıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Observer” yazır.

Deməli, dediyimiz kimi əxlaqdan xali müğənni həmkarı Filipp Kirkorov kimi, karyerasını xilas etmək üçün "Rusiyanın yeni ərazisi" adlandırdığı işğal edilmiş Ukrayna şəhərlərinə gedərək oxumağa başlayıb.

Konsert yox, sadəcə bir para rus döyüşçüləri üçün konserlər verir.

Beləliklə, necə deyərlər Lolita Ukraynanın işğalına verdiyi dəstəyin xatirələri ilə nifrət edənlərə rüşvət verməyə çalışır.

Xatırladaq ki, Lolitanın yubiley konsertləri yarıçılpaq vəziyyətdə və Moskva gecəsində təxribat xarakterli davranışına görə ləğv edilib.

Bəs, neyləməli?

Budur, Lolita ruslar üçün bütün “yaxşı əməllərini” sadalayır: Krımda konsert verdiyini, pullu əməliyyatlar etdirdiyini, yaralı rusların yatdıqları xəstəxanalara televizorlar alınmasını daha nə bilim nələri, nələri…

Və indi də söz verir. Rusiyanın işğal etdiyi Ukrayna şəhərlərinin birində kilsə tikdirəcək,..təki ona “əvvəlki münasibət” göstərilsin..?

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə