Məşhur aktyor çəkiliş meydançasında öldü

“Anjathe” filmində iştirak etdikdən sonra geniş populyarlıq qazanan hind aktyoru Şridhar 63 yaşında çəkilişlər zamanı vəfat edib. SİA xəbər verir ki, aktyor son bir neçə gündür şiddətli öskürəkdən əziyyət çəkirmiş. Çəkiliş zamanı Şridhar yenidən özünü pis hiss edib, bundan sonra o boğulmağa başlayıb. Nəticədə onu xilas etmək mümkün olmayıb.

Yeni filmdə Şridhar rejissor kimi çıxış edib - bu, onun debüt işi olmalı idi.

Hazırda onun ölümünün səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə