Hadisə səhnədə cəlbedici geyimi ilə göz qamaşdırdı

Müğənni Hadisə növbəti dəfə səhnə performansı ilə gündəm yaradıb. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi dünən İstanbul Konqres Mərkəzində konsert proqramı ilə çıxış edib. Səhnəyə gümüşü bodidə çıxan ulduz obrazını uzunboğaz çəkmələrlə tamamlayıb. Hadisə həm hit mahnıları, həm də rəqsləri ilə tamaşaçılara unudulmaz anlar yaşadıb.

Konsertdən kadrlar sosial şəbəkələrdə yayılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə