Rusiyada Səhiyyədə Nəzarət üzrə Federal Xidmət Timur Haydarovun IQ PLASTIQUE plastik cərrahiyyə klinikasında yoxlamanı başa çatdırıb. Yoxlama müğənnilər Slanevskaya və Uspenskayanın, eləcə də keyfiyyətsiz plastik əməliyyatdan əziyyət çəkən bir sıra digər qadınların ifadələrindən sonra başlayıb.
SİA “Komsomolskaya Pravda”ya istinadən xəbər verir ki, Timur Xaydarov jurnalistlərə klinikanın fəaliyyətini davam etdirdiyini və aşkar edilən pozuntuların əhəmiyyətsiz olduğunu deyib.
Bununla belə, Roszdravnadzor saytında Timur Haydarovun klinikasında ciddi pozuntuların aşkar edildiyi barədə rəsmi məlumat yayılıb.
Yoxlama materialı artıq cinayət işi çərçivəsində İstintaq Komitəsinə verilib.
Xatırlayırsınızsa, bir müddət bundan əvvəl SİA da plastik cərrahiyyə sahəsində Haydarovun 34 xəstəyə göstərdiyi tibbi xidmətin keyfiyyətinin ekspertizasının nəticələri barədə yazmışdı.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB