Bred Pitt ilk dəfə İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb…
Hollivud aktyoru Bred Pitt sevgilisi, fitnes məşqçisi İnes de Ramon ilə uzun müddət sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıblar.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, cütlük Santa Barbara Beynəlxalq Film Festivalında birlikdə görüntülənib.
Deyilənlərə görə, aşiqlər bir-birinin yanında oturub daim nəsə pıçıldaşırmışlar.
“Hello” nəşri yazır ki, de Ramon paparazzi kamerasına diqqət çəksə də, lakin bu, onu heç də narahat etməyib.
Pittin də özünü təvazökar aparmağa çalışdığı deyilir. Aktyor hətta qırmızı xalçadan keçdiyi də görüntülnib.
Qeyd edək ki, ulduz aktyor “Maestro” filminə görə mükafatı Bredli Kuperə təqdim etmək üçün gələndə izdiham onu alqışlayıb.
O, mükafatı Bredliyə təqdim edərkən səhnədə həqiqətən yaxşı əhval-ruhiyyədə olub və dostuna zarafatla Santa Barbaraya pulsuz səyahət olduğu üçün gəldiyini bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB