Deyirəm, onlar Rusiya üçün “xarici agent” olsalar da, amma Rusiyadan kənarda da pis yaşamırlar.

Budur, komediya aktyoru Maksim Qalkin Avropada bir saatlıq konsert üçün 100 min avroya yaxın (təxminən 9,8 milyon rubl-A.B.) qonarar alır.

SİA-nın əldə etdiyi məlumata görə, YouTube kanalı “Bağışlayın, bu zarafatdır” xəbərini sənətçinin konsert direktoru Elvira Mokroborodovaya istinadən yayıb.

Telekanal aparıcısının sözlərinə görə, komediya ustası qonorardan əlavə iki ekonom sinif və iki biznes klass aviabiletinin pulunu da tələb edir.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl, fevralın 9-da Qalkinin Azərbaycanın paytaxtı Bakıda konsert verəcəyi bildirilmişdi. Verilən xəbərdə şoumenin tamaşaçılara miniatürlər, teatrlaşdırılmış eskizlərin reprizləri, həmçinin yeni nömrələr təqdim edəcəyi deyilirdi.

Alla Puqaçovanın hazırda harada olduğu məlum deyil. Amma dekabr ayında onun, Qalkinlə birlikdə Rusiya Federasiyasının xalq artisti Andrey Makareviçin İsraildə keçirilən yubileyində iştirak etdiyi deyilirdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə