Sofiya Rotarunun Krımdakı villasını necə əldə etməli?..

Müğənni Sofiya Rotarunun Krımda villasını pulsuz əldə edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə RT-yə Yaltadakı “Krımın Rus İcması” Yalta təşkilatının nümayəndəsi İrina Alekseyeva bildirib.

…Deyilənlərə görə, Neo-Mövri üslubunda olan bina 1897-ci ildə Nikolay Krasnovun layihəsi ilə Yaltanın mərkəzində tikilib. Orada roşun hamamları da olub. Bu malikanə Sofiyaya veriləndən sonra, müğənni onu yenidən tikdirdi. Yəni binanın özünün memarlıq abidəsi olmasına baxmayaraq, demək olar ki, müğənni tərəfində tamamilə sökülüb təzədən tikildi. Və sonradan orada bahalı otel açdırdı. Yenə də deyilənlərə görə, keçən il, Sofiya onu 2,2 milyard rubldan çox qiymətə satmaq istəyib.

…Krım senatoru Sergey Tsekov deyir ki, bina milliləşdirilməlidir. O, Rotarunun dəfələrlə anti-Rusiya fikirlərini nümayiş etdirdiyinə və Krımın Rusiyaya birləşdirilməsini dəstəkləməməsinə diqqət çəkib.

Krımın Rus İcmasının sədr müavini Vladimir Rezanov isə evin yarımadanın sakinlərinə xidmət etməsini və boş qalmamasını müdafiə edib. Yəni bina qeydiyyat şöbəsi və ya musiqi məktəbi kimi istifadə edilə bilər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə