Rotaru “Yaltanın fəxri vətəndaşı” titulundan məhrum edilə bilər
Krımın rus icması müğənni Sofiya Rotarunun “Yaltanın fəxri vətəndaşı” titulundan məhrum edilməsi təklifi ilə çıxış edib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Krım radiosuna qurumun sədr müavini Vladimir Rezanov məlumat verib.
Onun sözlərinə görə, bu təklif Krımın rus icmasının rəyasət heyətində müzakirə olunub.
...Belə ki, Yalta rəhbərliyinə - Yalta Şəhər Şurasının sədri Konstantin Şimanovskiyə və şəhər administrasiyasının rəhbəri Yanina Pavlenkoya Rotarunun “Yaltanın fəxri vətəndaşı” titulundan məhrum edilməsi xahişi ilə müraciət etmək qərara alınıb.
Rezanov deyib bunu.
Xatırladaq ki, 2014-cü ildən Rotaru Krımı Rusiyanın bir hissəsi kimi tanımır. Xüsusi hərbi əməliyyat başladıqdan sonra o, Ukrayna Silahlı Qüvvələrinə dəstək verib və onlara maddi yardım göstərir.
Bundan əlavə, müğənninin Yaltadakı “Sofiya” adlı villasını da satdığı bildirilir. Bununla əlaqədar Krımda onun 2019-cu ildən boş qalan evinin milliləşdirilməsi imkanlarını öyrənirlər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB