Röyanın konsert verəcəyi şəhər BƏLLİ OLDU

Xalq artisti Röya Ayxan ilk dəfə Rusiyanın Yekaterinburq şəhərində konsert proqramı ilə çıxış edəcək. SİA xəbər verir ki, tədbir martın 16-da şəhərin "МТС Live Hall” konsert zalında baş tutacaq. Burada 3 000-dən çox insan Azərbaycanın pop-kraliçasını canlı dinləyə biləcək. Sənətçi sevənləri üçün dillər əzbəri olan hit mahnılarını, həm də yeni albomunda yer alan bəstələri oxuyacaq.

Qeyd edək ki, xalq artisti martın 22-də Moskvada "Vegas City Hall”ın konsert zalında sevənlərinin qarşısına çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə