Azərbaycanlı aparıcının qızı dünyaya gələcək

Aparıcı Çinarə Əliyeva yeni yaşını qeyd edib. SİA xəbər verir ki, o, paytaxt restoranlarından birində ailə üzvlərini və dostlarını biraraya yığaraq ad günü keçirib. Məclis zamanı aparıcı övladının cinsiyyətini açıqlayıb. O qızı olacağını, ona Aidə adını verəcəyini bildirib.

Xatırladaq ki, Çinarə ötən ilin iyulunda həkim-cərrah Ruslan Rəsulla ailə həyatı qurub.

Bütün xəbərlər Facebook səhifəmizdə