Aktrisa Ancelina Paxomova “womanhit.ru” ilə söhbətində ABŞ-a köçmək istədiyini etiraf edib.
...Mən Los-Ancelesdə yaşamaq istərdim və düşünürəm ki, orada yaşayacağam, çünki dünya kinosu ilə işləmək istəyirəm.
Bunu deyən Paxomova, Kventin Tarantino və Martin Skorseze kimi əcnəbi rejissorlarda çəkilmək arzusunda olduğunu da bildirib.
Paxomova rusiyalı rejissorlarla tez-tez fikir ayrılıqlarının olduğunu da etiraf edib. O, bildirdi ki, bəzi rejissorlar sənətlə yox, pul qazanmaq üçün prodüserlə məşğul olurlar.
SİA-nın əldə etdiyi məlumata görə, aktrisa Andrey Zvyaqintsevi sevimli rus rejissoru adlandırıb, əcnəbilər arasında isə David Finçeri xüsusi qeyd edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB