“Bi-2” bütövlükdə İsrailə deportasiya edilib

Rusiyanın “Bi-2” rok qrupunun bütün tərkibi İsrailə deportasiya edilib.
SİA-nın əldə etdiyi məlumata görə, İsrail konsulunun deportasiya ilə bağlı razılığa gəldiyi qeyd edilir.

Taylandın immiqrasiya orqanları ilə danışıqlar nəticəsində o, barabançı, iki gitaraçı, bir klaviatura ifaçısı və aranjimançının İsrailə deportasiyasına nail ola bilib.

Mənbə qeyd edir ki, qrupun solisti, Şura kimi tanınan Aleksandr Uman da İsrailə uçan təyyarəyə minib.

...Konsul musiqi qrupunun bütün üzvlərinin Tailanddan İsrailə deportasiyası barədə razılığa gələ bildi. Onlar artıq qeydiyyat kassasından keçiblər və yola düşməyə hazırlaşırlar. Uşaqlar təyyarədədir, hər şey qaydasındadır.

Bunu musiqiçilərə yaxın mənbə bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə