“Bi-2” qrupu Banqkokdan qəfəsdə deportasiya ediləcək..?

...Taylanddan deportasiyasını gözləyən “Bi-2” qrupunun üzvləri Banqkokda qızmar günəş altında qəfəsdə saxlanılırlar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə jurnalist Mixail Kozırev bildirib.

...Onların saxlandığı şərait tamamilə dəhşətlidir. Bu isti günəş altında bir qəfəsdir. İndi orada 35-40 dərəcə isti var.

Bunu yazan jurnalistin dediyinə görə, hazırda musiqiçilər demək olar ki, çılpaqdırlar.

Qeyd edək ki, “Bi-2” üzvləri lazımi icazə olmadan çıxış etdikləri üçün cümə axşamı Taylandda saxlanılıblar.

Onlar gecəni polis idarəsinin kamerasında keçiriblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə