Xaricə gedən rusiyalı aktyor hələ də işsizdir...

...Rus tamaşaçılarının müxtəlif seriallarda, xüsusən də “İvanovlar-İvanovlar” filmindəki rolları ilə yaxşı tanınan aktyor Semyon Treskunov ötən il həyat yoldaşı ilə birlikdə Rusiyadan mühacirət edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, son vaxtlar Rusiyada çox filmlərə dəvət alan aktyor, bir çəkiliş günü üçün 120 min rubldan qazanırdı.

...Xaricə köçən Semyon Yeni Riqa Teatrında işləməyə ümid edirmiş, mma rusların yazdığına görə, bu arzusu reallaşmayıb.

İndi Treskunov həyat yoldaşı ilə İspaniyada məskunlaşıb, lakin onun hələ də işi yoxdur.

Aktyor etiraf edir ki, guya əvvəllər Rusiyada qazandıqları ilə yaşayır, amma ehtiyatlar da sonsuz deyil. Dediyinə görə, o, bu yaxınlarda maşınımı satmalı olub.

Xatırladaq ki, 2021-ci ildə sənətçi qürurla ikinci vətəndaşlıq aldığını elan etmiş və yeni pasportla sevincli fotosunu paylaşmışdı.

...Mən İsrail vətəndaşıyam. Mən İsraildə yaşamıram, baxmayaraq ki, bəli, bir yəhudi olaraq orada vətəndaşlıq almışam. İstədiyim yerdə yaşaya bilərəm. Rusiya məni ancaq orada yaşadığım üçün narahat edir.

...Bundan əvvəl Semyon Treskunov Katerina Qordeeva ilə müsahibəsində mühacirətdən sonra adını necə dəyişdiyini və Sam olduğunu söyləmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə