Soyuq məzarda yatmaq istəməyən Sabitovanın "arzusu"...

Rusiyalı teleaparıcı, yazıçı Roza Sabitova ölümü ilə bağlı əvvəlcədən hər cür hazırlığı görüb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o artıq vəsiyyətini edib, əmlakını paylayıb və hətta dəfn mərasimi ilə bağlı arzularını da bildirib.

...Mən vəsiyyətimi çoxdan etmişəm. Baxmayaraq ki, uşaqlarım artıq məndən hər şeyi alıblar: oğlumun da, qızımın da daşınmaz əmlakı var. Onların arasında qalan hər şey bərabər bölünəcəkdir. Son illər tikdirdiyim malikanələr də onlara çatacaq.

Maraqlıdır ki, öləndən sonra yandırılmasını istəyən Sabitova bunu rütubətli yerdə, yəni məzarda yatmaq istəməməsi ilə əlaqələndirib.

...Deməli, rusiyalı teleaparıcı, yandırılandan sonra onun külünün Siciliyada dənizə tökülməsini vəsiyyət edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə