Yumorist Maksim Qalkin və müğənni Alla Puqaçova ciddi problemlərlə üzləşə bilərlər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hazırda hər iki sənətçi Rusiya Federasiyası Cinayət Məcəlləsinin mühüm maddələri ilə yoxlanılır.
Belə ki, əgər onlar bu mühüm maddələrin əhatə dairəsinə düşsələr, yəni onlara qarşı cinayət işi başlansa və müvafiq məhkəmə qərarı çıxarılarsa, bu halda Qalkin və Puqaçovanın daşınmaz əmlakı müsadirə olunacaq.
Beləliklə, cütlüyün Qryaz kəndində milyard rubl dəyərində olan məşhur qəsri təhlükə altında olacaq.
Qeyd edək ki, artıq neçə müddətdir ki, cütlüyün mülkdən qurtulmağa çalışdıqları barədə şayiələr yayılır və media bəzən malikanənin yeni sahiblərinin olduğunu yazır.
Lakin nəşrə görə, mülkün altındakı torpaq hələ də Qalkinə məxsusdur.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB