Ukraynalı qız "Miss Japan" gözəllik müsabiqəsinin qalibi olub

Tokioda “Miss Japan 2024” gözəllik müsabiqəsi keçirilib. News On Japan portalı yazır ki, hakimlər birinci yeri 26 yaşlı ukraynalı qıza veriblər.

SİA-nın əldə etdiyi məlumata görə, Karolina Siino Ukraynanın Ternopil şəhərində anadan olub və beş yaşında olarkən ailəsi ilə birlikdə Yaponiyaya köçüb.

O, Aiçi prefekturasının Naqoya şəhərində böyüyüb. Qalib qeyd edib ki, qələbədən dərhal sonra sevincini bölüşmək üçün anası ilə əlaqə saxlayıb.

O, əlavə edib ki, onu Yaponiyaya gətirən anası olub, onun sayəsində gözəllik müsabiqəsində qalib gələn ölkənin ilk vətəndaşı olub.

Portalın məlumatına görə, qız gəzinti, yoqa və alpinizmi sevir. Onun boyu 172 santimetrdir.

Karolina “Uca dağ hündürlüyünə görə nəcibdir” ifadəsini öz şüarı hesab edir.

Jurnalistlər bir çox sosial şəbəkə istifadəçilərinin münsiflər heyətinin seçimini tənqid etdiyini deyirlər.

Onların fikrincə, Şiino Ukraynada doğulub, yapon qadınına bənzəmir və damarlarında yapon qanı axmır.

…Bu baxımdan şərhçilər onun “Miss Yaponiya” adına layiq olmadığını deyirlər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə